İran XİN rəhbəri ABŞ-nın başladığı heç bir müharibəni bitirməyi bacarmadığını vurğulayıb İran XİN rəhbəri ABŞ-nın başladığı heç bir müharibəni bitirməyi bacarmadığını vurğulayıb

Zərif ABŞ-ı kibermüharibədə günahlandrdı

İran XİN rəhbəri ABŞ-nın başladığı heç bir müharibəni bitirməyi bacarmadığını vurğulayıb

İran Xarici İşlər naziri Cavab Zərif Vaşinqtonu ölkəsinə qarşı kibermüharibə aparmaqda ittiham edib.

C. Zərif NBC-yə müsahibəsində deyib ki, ABŞ bu kibermüharibəni İranın nüvə obyektlərinə hücum etməklə başlayıb.

Vaşinqtonun bu addımını milyonlarla insanın ölümünə səbəb ola biləcək məsuliyyətsizlik adlandıran İran XİN rəhbəri ABŞ-nın başladığı heç bir müharibəni bitirməyi bacarmadığını vurğulayıb.

C. Zərif Donald Tramp administrasiyasını Yaxın Şərqdəki münaqişələri güc yolu ilə həll etməyə cəhd göstərməməyə də çağırıb. Eyni zamanda ABŞ-ı Səudiyyə Ərəbistanının neft sənayesi obyektlərinə hücumdan sonra Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərmək barədə qərarına görə də tənqid edib.