- Ermənistan və Gürcüstan
- 30 Sentyabr 2019 13:14
- 3 433
İran XİN: Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü üçün iş aparılır
Soçidə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün baş tutması üçün hər 3 ölkənin məsul şəxsləri tərəfindən iş aparılır.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.
O bildirib ki, hələlik prezidentlərin görüşünün dəqiq vaxtı müəyyənləşməyib.
“Lakin hazırda bu sahədə işlər görülür”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Rusiya, Azərbaycan və İran prezidentlərinin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. (apa)
AzNews.az