Blokun gücü 2100 MVt olacaq Blokun gücü 2100 MVt olacaq

Rusiya rəsmən “Buşəhr” AES-in ikinci blokunun tikintisinə başladı

Blokun gücü 2100 MVt olacaq

Bu gün İranda Rusiyanın iştirakı ilə “Buşəhr” Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun tikintisi rəsmən başlayıb.

Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Tikintiyə başlanılması ilə bağlı rəsmi tədbirdə İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi və “Rosatom” Dövlət Şirkətinin baş direktorunun birinci müavini Aleksandr Lokşin iştirak edib.

“Buşəhr” AES-in ikinci blokunun gücü 2100 MVt olacaq.

AzNews.az