Qrupda Gürcüstan parlamentinin 62 deputatı təmsil olunur Qrupda Gürcüstan parlamentinin 62 deputatı təmsil olunur

Gürcüstanın vitse-spikeri Azərbaycanla dostluq qrupuna rəhbər təyin olundu

Qrupda Gürcüstan parlamentinin 62 deputatı təmsil olunur

Gürcüstan parlamentinin vitse-spikeri Kaxaber Kuçava Azərbaycanla dostluq qrupuna yeni rəhbər təyin olunub.

Bu barədə qərar qanunverici orqanın bugünkü plenar iclasında qəbul edilib.

Bu ilin noyabrında parlament sədrinin müavini təyin olunan K.Kuçava 2017-ci ildən dostluq qrupunun üzvüdür.

Qrupda Gürcüstan parlamentinin 62 deputatı təmsil olunur.

Qeyd edək ki, Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, keçmiş vitse-spiker Zviad Dzidziquri olub. O, noyabrın 14-də proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanunun parlamentdə dəstəklənməməsindən sonra qanunverici orqanda tutduğu bütün vəzifələri tərk edib.

Z.Dzidziquri 2016-cı ilin noyabrından parlamentin sədr müavini, 2017-ci ilin martından isə Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olub.(report.az)

AzNews.az