İran prezidenti Yaponiyanın hər iki məsələ üzrə mövqeyini alqışlayır İran prezidenti Yaponiyanın hər iki məsələ üzrə mövqeyini alqışlayır

Ruhani: "Yaponiya ABŞ-ın Fars körfəzi üzrə koalisiyasına daxil olmayacaq"

İran prezidenti Yaponiyanın hər iki məsələ üzrə mövqeyini alqışlayır

Yaponiya ABŞ tərəfindən yaradılan Fars körfəzində təhlükəsizlik üzrə koalisiyaya daxil olmaq niyyətində deyil.

Bu barədə İran prezidenti Həsən Ruhani Yaponiyaya səfərin nəticəsinə dair bildirib.

"Yaponiya İranın Hörmüz boğazında sülh üzrə planını dəstəkləyir. İkincisi, Yaponiya ABŞ-ın regionda təhlükəsizliyin təmin olunması üzrə planlarında iştirak etməyəcəyini açıq şəkildə bildirib", - deyə İran prezidenti əlavə edib.

Həsən Ruhani qeyd edib ki, Yaponiyanın hər iki məsələ üzrə mövqeyini alqışlayır. (Report)

AzNews.az