"Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir" "Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir"

Səfir: “XİN başçılarının Tbilisi görüşü...”

"Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir"

“Gürcüstan strateji tərəfdaş ölkələr olan Azərbaycan və Türkiyə ilə münasibətləri və dostluğu ənənəvi olaraq davam etdirir”.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

Onun sözlərinə görə, sabah Gürcüstan, Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında Tbilisidə keçiriləcək görüşdə ölkələr arasında siyasi, iqtisadi və mədəni-humanitar məsələlər müzakirə olunacaq: “Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir. Sabah baş tutacaq görüş çərçivəsində hər iki ölkənin Xarici İşlər nazirlərinin müxtəlif məsələləri nəzərdən keçirmək imkanları olacaq”.

Səfir XİN başçıları arasındakı görüşün ölkələr arasındakı gələcək münasibətləriə pozitiv təsir göstərəcəyinə əmin olduğunu deyib.

Diplomat qeyd edib ki, Gürcüstan, Azərbaycan və Türkiyə arasında XİN başçıları ilə yanaşı, müdafiə nazirləri, parlament və parlamentlərin xarici əlaqələr üzrə komitələri arasında da üçtərəfli əməkdaşlıq formatları mövcuddur.(report.az)

AzNews.az