Onlar ürək və tənəffüs problemindən əziyyət çəkiblər Onlar ürək və tənəffüs problemindən əziyyət çəkiblər

İranda havanın çirklənməsi nəticəsində 13931 nəfər xəstəxanalıq oldu

Onlar ürək və tənəffüs problemindən əziyyət çəkiblər

İranda havanın çirkli olması səbəbilə 6 gün ərzində 13 931 nəfər xəstəxanaya müraciət edib.

Bunu İran Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Müctəba Xalidi deyib. Onun sözlərinə görə, müraciət edənlər ürək və tənəffüs problemindən əziyyət çəkiblər.

Havanın çirkli olması səbəbilə xəstəxanalara müraciət edənlər əsasən Tehran, İsfahan, Qum, Əlborz , Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin sakinləridirlər.

Beynəlxalq KİV-in məlumatına görə, Tehran planetin ən çirkli şəhərləri siyahısında yer alıb. Bundan öncə dəfələrlə havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblər müvəqqəti bağlanıb. Rəsmi məlumatlara görə, hazırda Tehranda 13 milyon nəfər yaşayır.(apa.az)

AzNews.az