"Paytaxt üçün təbii qazın tarifləri növbəti üç ildə demək olar ki, dəyişməyəcək" "Paytaxt üçün təbii qazın tarifləri növbəti üç ildə demək olar ki, dəyişməyəcək"

Tbilisidə istehlak olunan təbii qazın qiyməti artırılmayacaq

"Paytaxt üçün təbii qazın tarifləri növbəti üç ildə demək olar ki, dəyişməyəcək"

Gürcüstan paytaxtında təbii qazın qiyməti növbəti 3 ildə dəyişməyəcək.

Bu sözləri Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi Milli Komissiyasının sədri David Narmaniya söyləyib.

Komissiyanın Tbilisidə tələb olunan təbii qazın həcmi ilə bağlı məsələnin araşdırıldığını deyən Narmaniya bildirib: “Bir neçə gün əvvəl biz Gürcüstanı təbii qazla təmin edən şirkətlərin növbəti üç il üçün investisiya planlarını araşdırdıq və müxtəlif iqtisadi parametrləri nəzərə alaraq təbii qazın tarifini müəyyənləşdirdik. Paytaxt üçün təbii qazın tarifləri növbəti üç ildə demək olar ki, dəyişməyəcək”.

Komissiya sədri təbii qazın qiymətləri ilə bağlı Gürcüstan və Azərbaycan hökumətləri arasında danışıqların davam etdiyini bildirib. Qeyd edib ki, Azərbaycandan alınan təbii qazın qiymətinin artımı gözlənilmir.(AZƏRTAC)

AzNews.az