Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib

ABŞ İrana kömək təklif etdi

Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib

Əgər İran tərəfi xahiş etsə, ABŞ hakimiyyəti bu ölkəyə koronavirusla mübarizədə kömək göstərməyə hazırdır.

AzNews.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Əgər bu problemin həllində iranlılara kömək edə biləriksə, biz, sözsüz, bunu etməyə hazırıq. Onlardan tələb olunan bu xahişi etməkdir", - Tramp Respublikaçılar Partiyasının mühafizəkar dairələrinin Vaşinqton ətrafında keçirilən konfransında bildirib.

Cümə günü ABŞ-ın dövlət katibi Maykl Pompeo da bildirib ki, rəsmi Vaşinqton İrana koronavirusun yayılmasına qarşı mübarizədə kömək təklif edib. Dövlət Departamentinin iddiasına görə, müvafiq təklif İsveçrə hakimiyyəti vasitəsilə yönəldilib.

Öz növbəsində İranın Xarici İşlər Nazirliyi Vaşinqtonun təklifini gülməli adlandırıb.