Bu barədə İraq Səhiyyə Nazirliyi məlumat yayıb Bu barədə İraq Səhiyyə Nazirliyi məlumat yayıb

İraq İranla sərhədini bağlayır

Bu barədə İraq Səhiyyə Nazirliyi məlumat yayıb

İraq İranla sərhədləri bağlamağa qərar verib.

AzNews.az xəbər verir ki, bu barədə İraq Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 8-dən etibarən İranla 5 sərhəd-keçid məntəqəsi bağlanacaq.

Qərar yalnız İraqın şimalında kürd muxtar vilayətinin İranla sərhəd-keçid məntəqəsinə şamil edilmir.

Qeyd edək ki, İraqda koronavirus daşıyıcılarının sayı 47, ölənlərin sayı isə 4 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 241-ə çatıb. Bunların 57 624 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.