Qərar olkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə qəbul edilib Qərar olkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə qəbul edilib

Prezident Administrasiyası fəaliyyətini məhdudlaşdırdı

Qərar olkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə qəbul edilib

Gürcüstanda Prezident Administrasiyası fəaliyyətini martın 8-dən 16-dək məhdudlaşdırıb.

AzNews.az xəbər verir ki, bu qərar olkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə qəbul edilib.

Administrasiyanın yaydığı məlumatda deyilir ki, martın 8-dən 16-dək Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.

Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

Bu məhdudiyyətlərə baxmayaraq, Administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.