Məlumatı İranın rəsmi xəbər agentliyi IRNA yayıb Məlumatı İranın rəsmi xəbər agentliyi IRNA yayıb

İran ilk dəfə bir şəhəri karantinə aldı

Məlumatı İranın rəsmi xəbər agentliyi IRNA yayıb

İranın Sistan və Bəlucistan ostanının cənub-şərqində yerləşən Çabahar şəhəri koronavirusa görə karantinə alınıb. Şəhərə giriş-çıxış qadağan olunub.

AzNews.az xəbər verir ki, şəhərin mərkəzindəki təcili yardım maşınları xalqa evlərindən çıxmamaları barədə çağırış edib.

Ölkənin şərqində yerləşən Rəzəvi Xorasan əyalətinin Nişabur şəhərinə də giriş-çıxış qadağan olunub.

Qeyd edək ki, İranın ali dini lideri Əli Xamanei bu il Məşhəd şəhərində Novruz bayramı ilə bağlı çıxışını ləğv edib.

Pərvanə