354 nəfərə çatıb 354 nəfərə çatıb

Koronavirusdan ölənlərin sayı artır - İranda

354 nəfərə çatıb

İranda ötən sutka ərzində 63 nəfər yeni koronavirus (COVID-19) nəticəsində dünyasını dəyişib.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Nazirliyin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpurun sözlərinə görə, İranda ümumilikdə bu virus nəticəsində ölənlərin sayı 354 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 9 min nəfərə yüksəldiyini deyib.

Cahanpur əlavə edib ki, ötən sutka ərzində 958 nəfər bu virusa yoluxub. Ümumilikdə isə bu günə qədər 2 959 nəfər sağalıb. (Trend)

AzNews.az