- Ermənistan və Gürcüstan
- 19 Aprel 2020 12:13
- 4 414
Gürcüstanda daha 1 nəfər koronavirusdan öldü
Bu barədə xəstəliyinin monitorinqi üzrə xüsusi saytda məlumat verilib
Gürcüstanda daha bir nəfər koronavirusun qurbanı olub. Bununla da, koronavirusdan ölənlərin sayı 4-ə yüksəlib. AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə xəstəliyinin monitorinqi üzrə xüsusi saytda məlumat verilib.
Vəfat edən şəxs Batumidə klinikada müalicə olunan 70 yaşlı kişidir.
Gürcüstanda virusa yoluxanların sayı 388 nəfər təşkil edir.