Bu münasibətlə keçirilən tədbirdə iştirak edən ordu komandanı general-polkovnik Əbdülrəhim Müsəvi bildirib ki, yeni “Xələci Fars” və “Mürakib” radar sistemləri tam olaraq İranın milli istehsalıdır Bu münasibətlə keçirilən tədbirdə iştirak edən ordu komandanı general-polkovnik Əbdülrəhim Müsəvi bildirib ki, yeni “Xələci Fars” və “Mürakib” radar sistemləri tam olaraq İranın milli istehsalıdır

İran yeni radar sistemini təqdim edib

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən ordu komandanı general-polkovnik Əbdülrəhim Müsəvi bildirib ki, yeni “Xələci Fars” və “Mürakib” radar sistemləri tam olaraq İranın milli istehsalıdır

İranın milli müdafiə sənayesinin hazırladığı yeni radar sistemləri ordunun istifadəsinə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən ordu komandanı general-polkovnik Əbdülrəhim Müsəvi bildirib ki, yeni “Xələci Fars” və “Mürakib” radar sistemləri tam olaraq İranın milli istehsalıdır. Bu sistemlər 800 kilometr radiusda uçan və İranın hava sərhədinə yaxınlaşmağa cəhd edən təyyarələri və pilotsuz uçan aparatlarını aşkar etmək imkanına malikdir. Sistem yüksək və aşağı səviyyələrdə uçan təyyarələrin böyüklüyünü də müəyyən edə bilər.

İranin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general Əlirza Səbahfərd bildirib ki, yeni radar sistemlər Fars körfəzi sahilində quraşdırılacaq. (azərtac)