Bu barədə İran Xarici İşlər naziri öz tvitter hesabında açıqlama verib Bu barədə İran Xarici İşlər naziri öz tvitter hesabında açıqlama verib

İran ABŞ-ın yardım təklifini rədd etdi

Bu barədə İran Xarici İşlər naziri öz tvitter hesabında açıqlama verib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İranın ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunan süni tənəffüs aparatlarına ehtiyacı olmadığını söyləyib.

AzNews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər naziri öz tvitter hesabında açıqlama verib:

"Bir neçə aydan sonra İran özü süni tənəffüs aparatları ixrac etməyə başlayacaq, Prezident Tramp. Sizin etməli olduğunuz tək şey başqa millətlərin işlərinə, xüsusən də mənim millətimin işlərinə qarışmamaqdır. Və mənə inanın ki, heç bir ABŞ siyasətçisinin tövsiyələrini qəbul etmirik".

Daha əvvəl Məhəmməd Zərif ABŞ-ın İrana qarşı sanksiyalarının koronavirusla mübarizədə əsas maneələrdən biri kimi qaldırılmasına nail olmaq tələbi ilə BMT-nin baş katibi Antonio Quterreşə müraciət etmişdi.

Xatırladaq ki, martın 18-i Ağ Evdə keçirilən mətbuat konfransında Tramp, ABŞ-ın İrana yardım üçün süni tənəffüs aparatları göndərə biləcəyini bildirmişdi.