Gürcüstanın Baş Nazirinin müşaviri İrakli Çikovani müvafiq qərarın təsdiq olunması üçün prezidentə göndərildiyini deyib Gürcüstanın Baş Nazirinin müşaviri İrakli Çikovani müvafiq qərarın təsdiq olunması üçün prezidentə göndərildiyini deyib

Gürcüstanda fövqəladə vəziyyət mayın 22-dək uzadıldı

Gürcüstanın Baş Nazirinin müşaviri İrakli Çikovani müvafiq qərarın təsdiq olunması üçün prezidentə göndərildiyini deyib

Gürcüstan hökuməti koronavirus səbəbindən fövqəladə vəziyyət rejimini mayın 22-nə qədər uzatmaq barədə qərar qəbul edib.

AzNews.az xəbər verir ki, Gürcüstanın Baş Nazirinin müşaviri İrakli Çikovani müvafiq qərarın təsdiq olunması üçün prezidentə göndərildiyini deyib.

“Ölkədə fövqəladə vəziyyət rejiminin mayın 22-dək uzadılması barədə qərar qəbul edilib. Hökumətin müvafiq qərarı təsdiq edilmək üçün prezidentə göndərilib”, - deyə İrakli Çikovani bildirib.

Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 18:30-a olan məlumatına əsasən, dünyada 2 milyon 505 mindən çox yoluxma və 171 min 843 ölüm faktı qeydə alınıb, 659 min 615 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Gürcüstanda indiyədək yeni koronavirusa yoluxanların sayı 400 nəfəri ötüb, 4 nəfər isə bu xəstəlik səbəbindən həyatını itirib.