Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu açıqlama yayıb Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu açıqlama yayıb

İran ilk hərbi peykini fəzaya buraxdı

Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu açıqlama yayıb

İran ilk hərbi peykini bu gün Kəbir səhrasından raket vasitəsilə fəzaya buraxıb.

AzNews.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayıb.

Açıqlamada “Nur” adlı hərbi peykin səhər saatlarında “Qasid” adlı bir peyk daşıyıcı raket tərəfindən kosmosa buraxıldığı bildirilib. Orbitə buraxılan hərbi peykin hazırda Yer üzündən 425 km məsafədə olduğu qeyd olunub.

Xatırladaq ki, İran keçən ilin yanvar ayında kosmosa buraxılan bir peykin orbitə çıxma mərhələsinin uğursuzluqla nəticələndiyini açıqlamışdı.