Bir müddət sonra Ukrayna tərəfi İrana qərarını bildirəcək Bir müddət sonra Ukrayna tərəfi İrana qərarını bildirəcək

İran Ukrayna ilə danışıqlara hazırdı

Bir müddət sonra Ukrayna tərəfi İrana qərarını bildirəcək

Rəsmi Tehran Ukrayna nümayəndələri ilə İran Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulmuş “Boeing” təyyarəsində həyatını itirmiş şəxslərin ailələrinə təzminat verilməsini müzakirə etməyə hazırdır. AzNews.az “Tasnim” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Möhsen Baharvənd Ukraynanın İİR-dakı səfiri Sergey Burdilyakla görüşündə deyib.

Mənbə bildirir ki, Burdilyak bu təklifi müsbət qarşılayıb və bu məlumatı dərhal Ukraynadakı kompetent orqanlara çatdıracağını söz verib. Onun sözlərinə görə, bir müddət sonra Ukrayna tərəfi İrana qərarını bildirəcək.

İran nümayəndəsi, həmçinin qeyd edib ki, o, Ukrayna rəsmiləri ilə istənilən vaxt və ukraynalıların müəyyən etdiyi istənilən yerdə danışıqlar aparmağa hazırdır - qısa müddət ərzində vurulmuş təyyarənin “qara qutular” ilə bağlı məsələləri dərhal həll etmək üçün.