192 439 nəfər virusa yoluxub 192 439 nəfər virusa yoluxub

Koronavirusdan ölənlərin sayı 9 mini keçdi - İranda

192 439 nəfər virusa yoluxub

İranda ötən sutka ərzində daha 115 nəfərin koronavirusdan (COVID19) ölməsi ilə bu virus nəticəsində vəfat edənlərin sayı 9 065 nəfərə çatıb.

Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, ötən 24 saat ərzində İranda daha 2 563 nəfər koronavirusa yoluxub. Beləliklə İranda 192 439 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb. Virus daşıyıcılarından 2 815 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 152 675 nəfər koronavirusdan sağalıb.

Lari bildirib ki, İranın Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Rəzəvi Xorasanı, Lorestan, Kirmanşah, Gülüstan, Hörmüzqan, Kürdüstan və Sistan və Bəluçestan vilayətlərində vəziyyət daha təhlükəlidir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,29 milyondan çox test həyata keçirilib.

AzNews.az