Ruhani, pandemiya səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayının önümüzdəki aylarda 2 qat artacağını bildirib Ruhani, pandemiya səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayının önümüzdəki aylarda 2 qat artacağını bildirib

“İranda daha 35 milyon insan koronavirusa yoluxa bilər” - Ruhani

Ruhani, pandemiya səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayının önümüzdəki aylarda 2 qat artacağını bildirib

İran Prezidenti Həsən Ruhani ölkəsində 5 aydır davam edən COVID-19 pandemiyası ilə bağlı qiymətləndirmələr aparıb.

AzNews.az xəbər verir ki, Koronavirusa Qarşı Mübarizə Qurumunun iclasında çıxış edən Həsən Ruhani bildirib ki, Səhiyyə Nazitliyinin hesabatına görə İranda 25 milyona yaxın insan koronavirusa yoluxub."Önümüzdəki aylarda daha 30-35 milyon iranlı koronavirusa yoluxma riski ilə qarşı-qarşıyadır",-deyə Ruhani qeyd edib.

COVID-19-un riskə yaratmağa davam edəcəyini bildirən Ruhani, pandemiya səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayının önümüzdəki aylarda 2 qat artacağını bildirib.

İranda pandemiya səbəbindən 14 minə yaxın insanın öldüyünü və 200 minə yaxın insanın xəstəxanaya yerləşdirildiyini xatırladan Ruhani, xaqlı qaydalara əməl edərək pandemiya ilə mübarizədə dövlətə kömək etməyə çağırıb.