Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib

İranda bir gündə koronavirusdan 221 nəfər ölüb

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib

Son 24 saat ərzində İranda 2 min 621 nəfər koronavirusa yoluxub, 221 nəfər isə həyatını itirib.

AzNews.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 284 min 34 nəfər, ölənlərin sayı isə 15 min 74-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 247 min 230 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 667 xəstənin vəziyyəti ağır olaraq qalır.

Mətbuat katibi nəzərə çatdırıb ki, əvvəlki kimi İranın Şərqi və Qərbi Azərbaycan, Rəzavi Xorasan, Əlborz, Xuzistan, Fars, Zəncan, Gülüstan, Kirman, Loristan vilayətlərində vəziyyət ağır olaraq qalıb. Bu vilayətlərdə koronavirusa yoluxma və ölüm halları daha çox müşahidə edildiyi üçün qırmızı zonaya daxildirlər.