Xəstəlikdən 259 116 nəfər sağalıb Xəstəlikdən 259 116 nəfər sağalıb

İranda koronavirusa yoluxanların sayı artır

Xəstəlikdən 259 116 nəfər sağalıb

İranda son sutka ərzində 2 636 yoluxma halı qeydə alınıb, 196 nəfər koronavirusdan dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyi yayıb.

Məlumatda ölkə ərazisində koronavirusdan ölənlərin sayının 16 343 nəfərə, yoluxanların sayının isə 298 909 nəfərə çatdığı deyilir.

Ümumilikdə xəstəlikdən 259 116 nəfər sağalıb.

Pərvanə