1137 nəfər sağalıb 1137 nəfər sağalıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 18 oldu

1137 nəfər sağalıb

Gürcüstanda koronavirusa yoluxmuş 18-ci pasiyent dünyasını dəyişib.

AzNews.az gürcü KİV-nə istinadən xəbər verir ki, ölən şəxs iyulun 29-dan Mtsxeta şəhər xəstəxanasında müalicə olunan 87 yaşlı qadındır.

İndiyədək Gürcüstanda 1421 nəfər koronavirusa yoluxub, 1137 nəfər sağalıb. 7005 nəfər karantin zonasında, 255 nəfər isə həkim müşahidəsində saxlanılır.