- Ermənistan və Gürcüstan
- 25 Sentyabr 2020 20:46
- 4 266
COVİD-19 İranda can almağa davam edir
İranın 31 əyalətindən 29-u “qırmızı” və “riskli” bölgələr elan edilib
İranda son sutka ərzində COVİD-19-dan ölənlərin sayı daha 207 nəfər artaraq 25 min 222-yə çatıb.
AzNews.az xəbər verir ki, 3 min 563 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. İranda ümumi yoluxanların sayı 439 min 882 nəfərə yüksəlib. Virusa yoluxan xəstələrdən 4023-nün vəziyyəti ağırdır. İndiyədək 369 min 842 nəfər virusa qalib gəlib.
Qeyd edək ki, İranın 31 əyalətindən 29-u “qırmızı” və “riskli” bölgələr elan edilib.