Saat 22:00-dan 05:00-dək komendant saatı tətbiq olunacaq Saat 22:00-dan 05:00-dək komendant saatı tətbiq olunacaq

Gürcüstanda komendant saatı yenidən tətbiq olunur

Saat 22:00-dan 05:00-dək komendant saatı tətbiq olunacaq

Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turundan sonra komendant saatı yenidən tətbiq olunur.

AzNews.az xəbər verir ki, seçkilərin ikinci turu ilə əlaqədar komendant saatı ləğv edilmişdi. Lakin, hökumət yaranan epidemioloji vəziyyəti nəzərə alaraq qadağaların yenidən tətbiqinə qərar verib.

Noyabrın 22-dən başlayaraq Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Poti şəhərlərində saat 22:00-dan 05:00-dək komendant saatı tətbiq olunacaq.

Qərara əsasən bu qadağa nəqliyyat və şəxsi avtomobillərin istifadəçiləri ilə yanaşı piyadalara da şamil olunacaq.

Lakin məhdudiyyətlər beynəlxalq yük daşımalara, Əməliyyat Qərargahı ilə razılaşdırılaraq hərəkəti rəsmi vəzifələrin icrası üçün vacib olan şəxslərə və həmin şəxslərin nəqliyyat vasitələrinə, o cümlədən tibbi və əczaçılıq, strateji və media nümayəndələri və çatdırılma xidmətləri hesab olunan kuryerlərə şamil olunmayacaq.

Komendant saatının qaydalarını pozan, qanuna tabe olmayan fiziki şəxslərə 2 000, hüquqi şəxslərə isə 10 000 lari cərimə tətbiq olunacaq.