Ombudsman Aparatına məlumat verilib Ombudsman Aparatına məlumat verilib

11 yaşlı qıza nişan mərasimi keçirdilər

Ombudsman Aparatına məlumat verilib

Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.

Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində bir ailə öz övladına nişan mərasimi təşkil edib. Sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olan videonun 1 həftə öncə çəkildiyi bildirilir. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.

Məsələ ilə bağlı Xalq Müdafiəçisinin (Ombudsman Aparatı) Kvemo-Kartlidə gender məsələləri üzrə mütəxəssisi Mari Gvidianiyə də məlumat verilib. (lent.az)

AzNews.az