Bu barədə İran parlamentinin sədri açıqlama verib Bu barədə İran parlamentinin sədri açıqlama verib

İranda Rusiya vaksini ilə peyvəndlənmə başladı

Bu barədə İran parlamentinin sədri açıqlama verib

Bu gün İranda Rusiya istehsalı olan “Sputnik V” koronavirusa qarşı peyvəndi ilə vaksinasiya proqramına başlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağr Qalibaf Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşdə açıqlama verib.

“Dəqiq olaraq, peyvəndi bu gün lazımi sanitariya və bioloji prioritetlərlə istifadə etməyə başladığımız gündür”,- deyə o qeyd edib.

Bundan əlavə, İran fevral ayında gəlməsi gözlənilən 4.2 milyon doza “AstraZeneca” peyvəndinin də tədarükünü planlaşdırır.