Nazir bu barədə açıqlama verib Nazir bu barədə açıqlama verib

Gürcüstanın Baş naziri istefa verir?

Nazir bu barədə açıqlama verib

Gürcüstanın Baş naziri Giorgi Qaxariya istefası barədə yayılan məlumatları şərh edib.

AzNews.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında həmin informasiyaları adi şayiə adlandırıb.

Baş nazirin sözlərinə görə, istefası ilə bağlı suallar artıq bir ildən çoxdur səsləndirilir: “Bu suallar artıq yormağa başlayır. Biz daha məzmunlu mövzular barədə danışa bilərik?!”

G.Qaxariya bu məsələnin artıq yumora çevrildiyini qeyd edib.