Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb

Azər Süleymanovun evi qarət edilib

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb

Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evi qarət edilib.

Bu barədə A.Süleymanov yerli mediaya özü məlumat verib.

Onun sözlərinə görə, oğurluq sistemli şəkildə təşkil olunub və oğrular ayrı-ayrı günlərdə evə daxil olublar.

Sabiq deputat sonuncu qarət hadisəsinin bu gün səhər saatlarında qeydə alındığını bildirib.

O qeyd edib ki, oğrular həyətyanı sahədə olan antikvar əşyaları aparıblar və avtomobili qarət ediblər.

Oğurluqdan bu gün xəbər tutduğunu vurğuyan sabiq deputat hadisənin həyətyanı sahədə quraşdırılmış təhlükəsizlik kamerası ilə qeydə alındığını bildirib.

Sabiq deputat faktla əlaqədar polisə müraciət edib.

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. (APA)

AzNews.az