İran vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri belə söyləyib İran vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri belə söyləyib

“Nətənz Nüvə Mərkəzində qəza “nüvə terrorizmi”nin nəticəsidir”

İran vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri belə söyləyib

"İranın Nətənz Nüvə Mərkəzində qəza hücum və “nüvə terrorizmi”nin nəticəsidir".

Bunu İran Televiziyasına açıqlamasında İran Vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Qeyd edək ki, bu gün səhər İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi Iranın Nətənz Nüvə Mərkəzində qəza olduğunu, qəza nəticəsində insan tələfatı və çirklənmə baş vermədiyini, qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Ə. Ə. Salehi isə deyib ki, İran bu alçaq hərəkəti mühakimə edir: "İran Beynəlxalq Atom Enerjisi Təşkilatını bu nüvə terrorizminə qarşı çıxmağa çağırır, eyni zamanda müvafiq addımlar atmaq hüququnu özündə saxlayır".

AzNews.az