Şalva Lomidze deputatlar qarşısında çıxış edib Şalva Lomidze deputatlar qarşısında çıxış edib

Gürcüstanın baş kəşfiyyatçısı Qarabağa görə hesabat verir - YENİLƏNDİ

Şalva Lomidze deputatlar qarşısında çıxış edib

Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik komitəsinin iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edilir.

Qapalı keçirilən iclasda ölkənin Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri deputatları məsələ ilə bağlı məlumatlandıracaq.

Qeyd olunub ki, iclasda deputatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı kəşfiyyat xidməti öz baxışını təqdim edəcək.

***

Bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq. Müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq. Bu barədə gürcü KİV-ləri bildirir.

Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək.

Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.

AzNews.az