Zurab Adeişvilinin müraciəti müsbət həll olunacaq Zurab Adeişvilinin müraciəti müsbət həll olunacaq

Saakaşvilinin "sağ əli" Gürcüstan vətəndaşlığından imtina etdi

Zurab Adeişvilinin müraciəti müsbət həll olunacaq

Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından imtina edib.

O, bununla bağlı ölkənin Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.

Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən bildirilib ki, müraciətə artıq baxılır və vətəndaşlığın dayandırılması prosesi may ayında başa çatdırılacaq.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin yaxın tərəfdaşı olan Z.Adeişvili hazırda Ukrayna baş prokurorunun baş məsləhətçisidir. O, Gürcüstanda bir neçə cinayət işi üzrə qiyabi olaraq həbs cəzasına məhkum edilib və axtarışa verilib.

AzNews.az