Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb

İranda prezident seçkisinin nəticəsi açıqlanıb

Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb

“İndiyədək 28 milyon 933 min 4 nəfər səsvermədə iştirak edib”.

Aznews.az xəbər verir ki, bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əhalinin seçkilərdə aktivliyi 48.8 faiz təşkil edib.

Ə.R.Fəzli qeyd edib ki, son nəticəyə əsasən Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb.

Onun rəqibləri Möhsin Rezayi 3 milyon 412 min 712, Əbdülnasir Himməti 2 milyon 427min 201, Qazizadə Haşemi 999 min 718 səs toplayıb.

O qeyd edib ki, bülletenlərdən 3 milyon 726 min 870-i etibarsız hesab olunub.