Yerli seçkilər oktyabr ayının ilk şənbə günü keçiriləcək Yerli seçkilər oktyabr ayının ilk şənbə günü keçiriləcək

Gürcüstanda seçkilər bu tarixdə keçiriləcək

Yerli seçkilər oktyabr ayının ilk şənbə günü keçiriləcək

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin tarixi qanunla müəyyən ediləcək. Bu, Gürcüstanın Seçki Məcəlləsinə təklif olunan yeni düzəlişlərdə əksini tapıb.

AzNews.az xəbər verir ki, layihəyə əsasən, yerli seçkilər oktyabr ayının ilk şənbə günü keçiriləcək.

Buna müvafiq olaraq, qonşu ölkədə builki yerli seçkilər oktyabrın 2-də baş tutacaq.

Yerli seçkilərin tarixinin qanunda əks olunmasını müxalifət təklif edib və çoxluq tərəfindən birinci oxunuşda dəstəklənib.

Gürcüstanın Seçki Məcəlləsinə təklif olunan bu düzəlişlər parlamentdə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.