İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir

Gürcüstanda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb

İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir

Gürcüstanın Kaxeti bölgəsində turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.

Aznews.az xəbər verir ki, nəqliyyat vasitəsi Bakurtsixe-Tbilisi yolunda minik avtomobili ilə toqquşub.

Nəticədə mikroavtobusda olan 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 9-u xarici turist, biri sürücü, digəri isə bələdçidir.

Yaralılar xəstəxanaya çatdırılıb. İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir.