Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb

Tanınmış alimin evində oğurluq

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb




Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Gəncə prospektində yerləşən və paytaxt sakini 1937-ci il təvəllüdlü Xəlilova Rəmziyə Kazım qızına məxsus evdən 20 min manat pul və 3 min manat dəyərində qızıl oğurlanıb. Ev sahibəsi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Pulu və qızılları oğurlamış şəxs və ya şəxslərin müəyyən edilərək yaxalanması istiqamətində iş aparılır.

Mənzili yarılmış R.Xəlilova Azərbaycanın tanınmış kənd təsərrüfatı alimlərindəndir. Kənd təsərrüfatı üzrə elmlər doktoru olan qadın 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif edilib.