Ded Xasanın “ölüm siyahısı” “öğru aləməni”dən “istefalara” səbəb oldu Ded Xasanın “ölüm siyahısı” “öğru aləməni”dən “istefalara” səbəb oldu

“Qanuni oğru” evləndi və arvadının soyadını götürdü-ŞOK

Ded Xasanın “ölüm siyahısı” “öğru aləməni”dən “istefalara” səbəb oldu






Ded Xasanın öldürülməsindən sonra onun əleyhdarlarının siyahısının hazırlanması oğru aləmində şok effekt yaradıb. Kimisi tütulundan imtina edib, kimisi isə bu aləmə yaraşmayan "yeniliyə" imza atıb.

"Prestupnaya Rossiya" xəbər verir ki, oğru ailəsinin tanınmış üzvlərindən bir olan İqor Qlaznev evlənib və soyadını dəyişib. Kriminal aləmdə "Vova Piterski" kimi tanınan bu şəxs evləndiyi qadının dətta soyadını götürərək, Abramov olub. Səbəbini isə "şəxsi məsələdir" deyə izah edib.

Hazırda onun soyadını dəyişdirilməsi ilə bağlı sənədlər Peterburq məhkəməsinə təqdim edilib. 9 ilini həbsxanada keçirəcək bu "qanuni oğru"nun adı mətbuatda tez-tez hallandırılıb. O, hüquq-mühafizə orqanları tərəfindən zəhərləndiyinə dair Rusiyanın birinci xanımına göndərdiyi müraciətlə tanınıb.

Bundan başqa Rüfət Nəsibov və Rövşən Lənkəranskiyə sui-qəsd xəbərlərindən sonra siyahıda adı olanlara qarşı da anoloji addımların atılacağı yeni taclandırılan bəzi "qanuni oğru"ların davranışlarına təsir edib. Belə ki, "Paştet" ləqəbli belaruslu "qanuni oğru"nun addan imtina etdiyi bildirilir. Moskva ətrafında yanvarın 24-də keçirilən "sxodka"ya polis müdaxiləsi zamanı narkotiklə həbs edilən Paştet özünü qorumaq üçün titulundan imtina edib.

Məlumata görə. Ded Xasanın klanına daxil olan şəxslər Paştetlə əlaqə saxlayaraq, onu R.Lənkəranskinin də iştirak etdiyi "sxodka"da verilən tituldan imtina etməyə çağırıblar. Yalnız bu halda onun ölümdən canını qurtaracağı bildirilib və "qanuni oğru" bununla razılaşıb.

Elnur Əzimov
AzNews.az