Sankt-Peterbuqdan deportasiya edilən vəhabilərin terrorçu olduğu bildirilir Sankt-Peterbuqdan deportasiya edilən vəhabilərin terrorçu olduğu bildirilir

Rusiyadan Azərbaycana terrorçular göndərilib - FOTO

Sankt-Peterbuqdan deportasiya edilən vəhabilərin terrorçu olduğu bildirilir



Rusiyanın Sankt-Peterbuq şəhərində radikal islamçılara qarşı aparılan reyddə saxlanılan və deportasiya edilən miqrantların vəhabi olduğu, həmçinin terrorçu təşkilatlarla əlaqəsi iddia edilir. AzNews.az "Rosbalt"a istinadən xəbər verir ki, əməliyyat çəkilişlərindən də görünür ki, polis islamçılara qarşı zor tətbiq edib. Baxmayaraq ki, saxlanılanlardan heç biri polisə müqavimət göstərməyib.

Rusiya hüquq-mühafizə orqanlarının nümayəndəsi Dmitri Koşatev isə "Rosbalt"a bildirib ki, əməliyyat üçün xeyli əsas olub:

"Fevralın 8-də keçirilən əməliyyat tədbirləri nəticəsində Rusiya Ali Məhkəməsinin qərarı ilə terrorçu elan edilən təşkilatla əlaqədə olan bəzi əcnəbilər saxlanılıb. 9 və 10 fevralda həmin şəxslər Tacikistan və Azərbaycana deportasiya ediliblər və Rusiyaya girişləri qadağan edilib".

Ancaq D.Koşatev Azərbaycan və Tacikistana deportasiya edilən şəxslərin məhz hansı terrorçu təşkilatla əlaqəsinin olduğunu açıqlamayıb.

Ancaq qeyri-rəsmi mənbələr əməliyyatın keçirildiyi məsciddə vəhabiliyin təbliğ edildiyini bildirərək saxlananların özlərini "sələfi" adlandırdığını vurğulayıblar. "Sələfilik Orta Asiyada qanunla qadağan edilsə də, Rusiyada buna icazə verilir. Buna görə də taciklər və özbəklər Rusiyaya işləməyə gələrkən vəhabiliyi də öyrənirlər" - "Rosbalt" yazıb. Sayt vurğulayıb ki, əməliyyatdan sonra Tacikistana göndərilən 5 "saqqallı" məhz sələfi olub.

Qeyd edək ki, dünyada daha çox "vəhabi" adı ilə tanınsalar da, bu təriqətin davamçıları özlərini "sələfi" adlandırırlar.

Elnarə Əlosmanqızı
AzNews.az

image description image description