“Ded Xasan”ın ölümündə yeni izlər

"Kriminal avtoritet "Ded Xasan"ın Moskvada, rusiyalı biznesmen Varqanyanın isə Krımda öldürülməsi arasında əlaqə var". Bunu Krımın keçmiş milis rəisi, Radanın deputatı Gennadi Moskal bildirib.

Facebook-dakı bloqunda bu barədə yazan Moskal Varqanyanın öldürülməsini kriminal aləmdə baş verən mübarizə ilə əlaqələndirib. Onun sözlərinə görə, bu mübahisələr Ded Xasanın öldürülməsindən sonra yaranıb və Krıma qədər uzanıb.

Milisin buna hazır olmadığının deyən Moskal başqa ölüm hadisələri barədə də məlumat verib. Bildirib ki, dünən Krimda Simeiz qəsəbəsinin meri öldürülüb. Bundan əvvəl isə Foros sanatoriyalarından birinin baş həkimi qətlə yetirilib. Ancaq Moskal iddia edir ki, milis bu barədə məlumat vermək istəmir.

Elnarə
AzNews.az