Kartofun içində narkotik keçirmək istədilər

Penitensiar xidmətin və 17 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elxan Rauf oğlu Bəndəliyevə vətəndaş Namiq Müsannif oğlu Ələsgərovun gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı kartofun içərisində gizlədilmiş ümumi xalis çəkisi 3,927 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az