- Köhnə - Kriminal
- 15 May 2013 12:01
- 2 377
Qubada güllələnmə hadisəsi olub
Mayın 14-də Quba rayonunda qətl hadisəsi törədilib
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Zıxır kəndində kənd sakini Teymur Mustafayev münaqişə zəminində həmkəndlisi Nəsib Ədilovu güllələyib. O N.Ədilov istiqamətində ov tüfəngindən atəş açıb. İkinci hadisə yerindəcə keçinib.
Teymur Mustafayev saxlanılıb. Onun cinayətdə istifadə etdiyi silah götürülüb. Faktla əlaqədar araşdırmalar aparılır.
AzNews.az