Bir neçə qız zorlayan müdir qətlə yetirildi- Bakıda

Bakının Nəsimi rayonunda bir neçə gün əvvəl törədilən qətlin pərdəarxası məqamları ortaya çıxıb

Bir neçə gün əvvəl Ənvər Qasımzadə küçəsi 72 saylı ünvanın qarşısında naməlum şəxs tərəfindən amansızlıqla öldürülən 37 yaşlı Mirəli Həqizadənin qətlində namus izi müəyyən edilib.

"Şəms" MMC-nin rəhbəri olan M.Həqizadəni, naməlum şəxs bıçaqla öldürücü zərbəni vurmamışdan əvvəl tanınmaz hala salıb. Onu sifətinə çapıqlar atılmaqla 20-yə yaxın bıçaq zərbəsi vurulub.

Müəyyən edilib ki, M.Həqizadə Bakı şəhərində bir neçə qızı zorlayıb. Onun barəsində zorlama maddəsi ilə cinayət işi də olub. Hətta onun zorladığı qızlardan birinin intihar etdiyi də bildirilir.

İstintaq hazırda M.Həqizadənin qatilinin cinayəti məhz namus üstündə törədilməsi versiyası üzərində işləyir. Qətllə bağlı hələlik saxlanılan yoxdur. (milli.az)

AzNews.az