Azərbaycanda mayın 16-da baş vermiş qətlin üstü açılıb Azərbaycanda mayın 16-da baş vermiş qətlin üstü açılıb

Sifarişli qətlin üstü açıldı

Azərbaycanda mayın 16-da baş vermiş qətlin üstü açılıb




Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi və Bakı şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüş Mirəli Həqizadənin ölümünü sifariş verən Bakı şəhər sakini Aydın Rüstəmov və həmin cinayəti icra edən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Şahvələd İmanov Göygöl rayonu ərazisində tutulublar.

Ş. İmanovdan 1 ədəd "TT" markalı tapança, 1 ədəd sandıqça, 1 ədəd patrondaş və 16 ədəd patron götürülüb.

Qeyd edək ki, Mirəli Həqizadə mayın 16-da Bakıda, küçənin ortasında bıçaqlanaraq öldürülüb.

AzNews.az