Hadisə Moskvada baş verib Hadisə Moskvada baş verib

Anasının gözü qarşısında intihar etdi

Hadisə Moskvada baş verib



Zorlama cinayətlərində şübhəli bilinən şəxs anasının və istintaq qrupunun qarşısında özünü öldürüb.

İstefada olan hərbçi Sergey Veçernin mənzilində paytaxt əməliyyatçıları olarkən özünü bıçaqla öldürüb. O, mətbəx bıçağını götürərək, anasının və polislərin qarşısında özünü ölümcül yaralayıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq nəticəsində məlum olub ki, 2006-2012-ci illərdə Veçernin öz avtomobilində qonşu vilayətlərdə olan kəndlərə gedərək, güclə qadınları meşəyə aparır və qurbanlarını zorlayaraq baş verənləri videoya çəkirdi. Özünü öldürməkdən qabaq o etdiyi cinayətləri boynuna alıb və qurbanlarını çəkdiyi videoları saxladığı yeri və zorlamalar zamanı istifadə etdiyi əşyaları göstərib. (gün.az)

AzNews.az