Gənc “ailəsini dağıtmaq” istəyən hər kəsi güllələyəcəyini deyib Gənc “ailəsini dağıtmaq” istəyən hər kəsi güllələyəcəyini deyib

Lənkərandakı ailə faciəsinin təfərrüatları

Gənc “ailəsini dağıtmaq” istəyən hər kəsi güllələyəcəyini deyib




Mayın 31-də Ağcabədi rayonunda 3 nəfərin güllələnməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Ağcabədi Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Laçın rayon sakini olan və Gələbədin kəndi ərazisindəki fermada yaşayan 25 yaşlı Tural Allahverdiyev qayınatası Cəbrayıl Hüseynov, qayınanası Güldəstə Hüseynova və qaynı Valeh Hüseynovu ailədaxili münaqişə zəminində güllələyib. Belə ki, T. Allahverdiyev keçən il Hüseynovların qızı ilə ailə qurub. Onlar fermadakı yaşayış evində yaşayıblar. Bir müddət əvvəl isə qadın yeni doğulmuş uşağını da götürərək Qiyamaddınlı kəndinə atası evinə qayıdıb. Səbəb isə onun T. Allahverdiyevdən küsməsi olub. 25 yaşlı Tural isə bir neçə dəfə qızın atası evinə gələrək onu aparmaq istəyib. Hər dəfə qayınatası və qaynanası buna mane olub. Nəhayət T. Allahverdiyev ov tüfəngini götürərək onlara gəlib və onun "ailəsini dağıtmaq" istəyən hər kəsi güllələyəcəyini deyib. Məlum hadisə də burada baş verib.

Hadisə vaxtı gənc oğlan qayınatası, qaynanası və qaynını güllələsə də, onların xəsarətləri ölümcül olmayıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. T. Allahverdiyev isə tutulub.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

AzNews.az