Lənkəranskinin adamı məhkəmə qarşısnda

Rusiyanın kriminal aləminin taninmış nümayəndələrindən olan "qanuni oğru" Rövşən Lənkəranskinin dəstəyi ilə "taclandırılan" Anatoli Parfilov iyunun 14-də məhkəmə qarşısına çıxarılacaq.

Kriminal aləmdə Tolyan Tolyattiski kimi tanınan Panfilov ötən il dekabrnda Birləşmiş Ərəb Əmirliklərində keçirilən "sxodka"da "qanuni oğru" titulunu alıb. Ancaq o "qanuni oğru" kimi azadlıqda ancaq 1 ay yaşaya bilib. Yanvarın 13-də o, qanunsuz silah saxlama maddəsi ilə həbs edilib.

Rusiya mətbuatını məlumatına görə, Ded Xasan öldürüldükdən sonra ona qarşı olan Rövşən Lənkəranski və Tariel Onianinin rəhbərlik etdiyi cəbhənin nümayəndələri bir-bir "təmizlənir". Dubay "sxodka"sının iştirakçılarının bir çoxu həbs edilib, digərlərin də özlərini təhlükəsizlikdə hiss etmirlər.

Elnur
AzNews.az