- Köhnə - Kriminal
- 11 İyun 2013 11:10
- 1 561
Şadlıq sarayı qarşısında bıçaqlanma- Bakıda
İyunun 9-da Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Zəngəzur" şadlıq sarayının qarşısından Cəlilabad rayon sakini Cəfər Bağırlı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Cəlilabad rayon sakini Elşən Bağırzadə tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.
Faktla əlaqədar araşdırmalar aparılır.
AzNews.az