"QANUNİ OĞRU"NU GÖRƏNLƏR DANIŞDI "QANUNİ OĞRU"NU GÖRƏNLƏR DANIŞDI

Rövşən Lənkəranski üzə çıxdı

"QANUNİ OĞRU"NU GÖRƏNLƏR DANIŞDI




Azərbaycanlı "qanuni oğru", Ded Xasanın tərəfdarları tərəfindən onun ölümündə günahlandırılan Rövşən Caniyev (Rövşən Lənkərnaski) Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Ondan başqa daha bir "qanuni oğru", Ded Xasanın daha bir düşməni Merab Cvanqeladze də yaşamaq üçün BƏƏ-ni seçib. Bu barədə məlumat Rusiya mətbuatında yer alıb.

Məlumata görə, Merab və Rövşən Lənkəranski Rusiyaya gələcəkləri təqdirdə Ded Xasanın klanı tərəfindən öldürüləcəkləri səbəbindən bu ölkədə görünmürlər: "Caniyev hətta bir zaman Türkiyədə öldürüldüyü barədə məlumatlar yaydı. Sonra bunun doğru olmadığı ortaya çıxdı. Bir neçə mafioz BƏƏ-də onu sağ və olduqca sağlam görüb".

Elnur
AzNews.az