Lənkəranda ata qızını niyə öldürdü? - VİDEO

Lənkəran şəhərində ağır qətl hadisəsi baş verib. Ata doğma övladını həyatdan məhrum edib.

Qətlin namus üstündə törədildiyi deyilir. Şəhərin Dədə Qorqud küçəsi ev 2, dalan 5-də yaşayan 56 yaşlı Əliyev Ramiz Kazım oğlu doğmaca qızı 26 yaşlı Xəyalə Əliyevanı yaşadığı ünvanda qısqanclıq zəminində bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətləri yetirərək öldürüb. Xəyalə Əliyeva aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Meyit daxili və xarici müayinə edilməkdən ötrü Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib. Əliyev Ramiz Kazım oğlu hüquq mühafizə orqanlarına gələrək törətmiş olduğu cinayət əməlini etiraf edib. Fakt üzrə Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaq qətlin təfərrüatlarını araşdırır.//anspress//



AzNews.az